"Sakinlər evdə ola-ola evin dağıdılması təkcə insanlıq və hüquq problemi deyil, həm də ölkə iqtisadiyyatına qarşı məqsədli cinayətdir"
Bu sözləri Moderator.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.
"Belə hadisələr iqtisadiyyata milyardlarla dollar ziyan vurur və dövlətin uzun illər apardığı iqtisadi siyasətin effektini ciddi şəkildə azaldır. Çünki bu cür qanunsuzluqlar həm yerli, həm də xarici investorları ölkəyə etibar etməkdən çəkindirir, investisiyaların axınına mənfi təsir göstərir.
Buna görə də mülkiyyət toxunulmazlığını kobud şəkildə pozan və bu cür özbaşınalığa yol verən şəxslər daha ağır maddələrlə məsuliyyətə cəlb edilməlidir".