AZ

Azərbaycanda eşşəklərin sayı azalıb

Azərbaycanda eşşəklərin sayında azalma davam edir.Metbuat.az Modern.az-a istinadən xəbər verir ki, 2025-ci ilin əvvəlində 12 709 baş eşşək olub. Bu göstərici ötən illə müqayisədə 2 215 baş azdır. Ümumilikdə son illərdə Azərbaycanda eşşəklərin sayı sürətlə azalır. Belə ki, 2004-cü ildə ölkəmizdə 42.2 min, 2014-cü ildə 43.4 min baş eşşək olduğu halda 2024-cü ilin məlumatlarına görə bu rəqəm 14.9 min olub. Rəsmi qurumlar azalmanın səbəbini açıqlamayıb.Ötən il eşşəklərin böyük hissəsinin - 68 faizinin yaşı 3 və daha çox olub.Statistikaya görə, ən çox eşşəyin olduğu rayon Lerik (1 151 baş) olsa da, rayonda bu heyvanların sayında ötən illə müqayisədə ciddi azalma olub. Belə ki, ötən il Lerikdə 1 362 baş eşşək olub.İkinci ən çox eşşəyin olduğu rayon Şəmkirdir. Burada da azalma müşahidə edilib. Ötən il rayonda 1 284 baş eşşək olduğu halda bu il cəmi 988 baş uzunqulaq qeydiyyatda olub. Quba (846), Ağstafa (792) rayonlarında da eşşəklərin sayı nisbətən çoxdur.İqtisadi rayonlar üzrə eşşəklərin sayı aşağıdakı kimi olub:Bakı şəhəri - 7Naxçıvan Muxtar Respublikası - 1041Abşeron-Xızı iqtisadi rayonu - 90Dağlıq Şirvan iqtisadi rayonu - 513Gəncə-Daşkəsən iqtisadi rayonu - 1426Qarabağ iqtisadi rayonu - 658Qazax-Tovuz iqtisadi rayonu - 2949Quba-Xaçmaz iqtisadi rayonu - 1552Lənkəran-Astara iqtisadi rayonu - 2535Mərkəzi Aran iqtisadi rayonu - 224Mil-Muğan iqtisadi rayonu - 478Şəki-Zaqatala iqtisadi rayonu - 542Şərqi Zəngəzur iqtisadi rayonu - 88

Şirvan-Salyan iqtisadi rayonu - 606

Seçilən
180
45
metbuat.az

10Mənbələr