AZ

Kürdəmirdə yol qəzası: Ölən var

Kürdəmirdə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Bakı prospektində qeydə alınıb.

Belə ki, Ramin Bayramovun idarə etdiyi "Changan" markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan Tahir Əkbərovun idarə etdiyi motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü Şamaxı rayon sakini, 1953-cü il təvəllüdlü Tahir Əkbərov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
91
43
yenisabah.az

10Mənbələr