AZ

Ağsuda baş verən yol qəzasının bəzi təfərrüatı məlum olub - YENİLƏNİB

Ağsu, 28 mart, Rəşad Türkoğlu, AZƏRTAC

Ağsuda baş verən yol qəzasının bəzi təfərrüatı məlum olub.

AZƏRTAC xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Şamaxı-Yevlax yolunun 159-cu kilometrliyində, bir neçə avtomobilin toqquşması nəticəsində baş verib.

İlkin məlumata görə, üç minik və bir yük avtomobilinin toqquşması nəticəsində sürücü və sərnişinlər arasında 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslərin müalicəsi Ağsu Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki Regional Qrupundan bildirilib ki, faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.

20:50

Ağsu rayonunda baş vermiş avtomobil qəzası nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İlkin məlumata görə, yaralılar təcili tibbi yardım vasitəsilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. AZƏRTAC xəbər verir ki, onlardan birinin vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil. İlkin ehtimallara görə, qəza yol hərəkəti qaydalarının pozulması və ya sürücünün idarəetməni itirməsi nəticəsində baş verə bilər

Daxili İşlər Nazirliyinin Şəki Regional Qrupundan verilən məlumata görə, faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hadisə yerində müvafiq ekspertizalar aparılır və qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir.

 

Seçilən
284
50
azertag.az

10Mənbələr