Myanmada daha bir güclü zəlzələ oldu.
Moderator.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Qeyd olunub ki, yeraltı təkanlar yerli vaxtla saat 15:50-də baş verib.
Yeraltı təkanlar paytaxt Naypyidanın 2 km-də qeydə alınıb. İlkin məlumatlara görə, zəlzələ 5.2 bal gücündə olub. Yeni xəsarət alanlar və dağıntılar barədə hələ ki, məlumat yoxdur.
Xatırladaq ki, martın 28-də Myanmarda 7.7 (bəzi məlumatlarda 7.9) bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində 1000-dən çox insan həlak olub, üç minə yaxın insan yaralanıb.
Zəlzələnin episentri Myanmada olsa da, Çin, Tailand və Vyetnam sakinləri də yeraltı təkanları hiss ediblər.