AZ

İlon Mask “zəncirli mişar"la Mərkəzi Kəşfiyyat İdarəsini kəsir

Amerikalı multimilyarder İlon Mask bazar ertəsi ABŞ prezidenti Donald Trampın baş müşaviri kimi Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) baş çəkəcək.

Publika.az xəbər verir ki, bu barədə CIA sözçüsü məlumat yayıb.

Onun sözlərinə görə, Mask agentliyin səmərəliliyini müzakirə etmək üçün Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratcliffe ilə görüşəcək.

CIA bu yaxınlarda Tramp administrasiyasının genişmiqyaslı ixtisar kampaniyası çərçivəsində bir çox işçisi ilə yollarını ayırıb.

Bu prosesə ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask nəzarət edir.

Seçilən
81
50
publika.az

10Mənbələr