AZ

"Kəpəz" "Səbail"ə, "Zirə" "Şamaxı"ya qarşı - Yenilənir

style='margin-bottom:10px;'>

Bu gün Misli Premyer Liqasında 28-ci tura yekun vurulacaq.

QOL.az xəbər verir ki, 3-cü oyun günündə 2 matç keçiriləcək.

Əvvəlcə 9-cu yerdəki "Kəpəz" autsayder "Səbail"i qəbul edəcək. Oyun saat 16:00-da başlayacaq.

Günün digər qarşılaşmasında isə 8-ci sıradakı "Şamaxı" 2-ci pillədəki "Zirə"nin qonağı olacaq. Matç saat 18:00-da start götürəcək.

30 mart (bazar)

16:00. “Kəpəz” – “Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Pərvin Talıbov

Tovuz şəhər stadionu

18:00. “Zirə”– “Şamaxı”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Elşad Abdullayev, Kamranbəy Rəhimov

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Zirə İdman Kompleksinin stadionu

28 mart (cümə)

“Turan Tovuz” - “Qarabağ” - 1:4

29 mart (şənbə)

“Sumqayıt” - “Sabah” - 3:3

“Neftçi” - “Araz-Naxçıvan” - 1:1

Bombardirlər:

Leandro Andrade ("Qarabağ") - 11 qol

Cesse Sekidika ("Sabah") - 10 qol

Felipe Santos ("Araz Naxçıvan") - 9 qol

Davit Volkov ("Zirə") - 9 qol

Coy-Lens Mikels ("Sabah") - 8 qol

Salifu Suma ("Zirə") - 8 qol

Nəriman Axundzadə ("Qarabağ") - 8 qol

Seçilən
45
11
teleqraf.com

10Mənbələr