ABŞ-ın Yəmən üsyançıları - husilərin nəzarətində olan Səna əyalətinə endirdiyi zərbələr nəticəsində azı bir nəfər ölüb, dörd nəfər yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Anis əl-Əsbahi deyib.
"İlkin məlumatlara görə, ABŞ-ın hücumu nəticəsində 4 mülki şəxs yaralanıb, bir nəfər ölüb", - o, X şəbəkəsində bildirib.