1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Qəzza sakinlərinin ən azı 40%-i anklavı könüllü tərk etməkdə maraqlıdır".
Oxu.Az "The Times of Israel"ə istinadən xəbər verir ki, bu açıqlama ilə İsrailin müdafiə naziri İsrael Kats çıxış edib.
"Biz ABŞ Prezidenti Donald Trampın dünyanın müxtəlif yerlərinə köçmək istəyən qəzzalılar üçün könüllü mühacirət imkanları təmin etmək ideyasını yerinə yetirməyə sadiqik. Araşdırmalarımız göstərir ki, qəzzalıların ən azı 40%-i mühacirət etməkdə maraqlıdır", - o bildirib.
Nazirin bəyanatı bir həftə əvvəl İsrail Müdafiə Nazirliyinin tərkibində yaradılmış Qəzzadan Könüllü Köçürmə İdarəsinin rəhbəri Yakov Blitşteynin təyinatı ilə üst-üstə düşür.