AZ

Niderland Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 4 dəfədən çox azaldıb

Bakı. Trend:

Ötən il Niderlandın Azərbaycan iqtisadiyyatına cəlb olunmuşbirbaşa xarici investisiyalarının həcmi 43,2 milyon ABŞ dollarıtəşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldəedib.

Məlumata əsasən, 2023-cü ildəki göstərici ilə müqayisədə ötən ilsözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 145milyon ABŞ dolları və ya 4,3 dəfə azalıb.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində Niderlanddan yatırılan investisiyaların payı 0,6% təşkiledib.

Xatırladaq ki, 2023-cü ildə Niderlanddan Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 188,2 milyonABŞ dolları olub.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşaxarici investisiyalar 7 milyard ABŞ dollarından çox olub. Bu isə2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları vəya 5,83% artım deməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə1,8 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici iləmüqayisədə 1,4 milyard ABŞ dolları və ya 43,3% azdır.

Seçilən
258
38
az.trend.az

10Mənbələr