AZ

Hakan Çalhanoğlu "Qalatasaray"a transfer olunur?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyə millisinin və İtaliyanın "İnter" klubunun futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, təcrübəli futbolçu bu barədə jurnalistin sualını cavablandırarkən danışıb.
"İnter"də çox xoşbəxtəm. Zaman nəyi göstərəcək bilmirəm. Amma bir gün "Qalatasaray"ın formasını geyinmək mənim üçün şərəf olar", - deyə H.Çalhanoğlu bildirib.
Qeyd edək ki, Hakan Çalhanoğlu Türkiyə millisinin forması ilə çıxdığı 97 rəsmi oyunda 21 qol, 15 məhsuldar ötürmə ilə yadda qalıb.
Seçilən
75
17
oxu.az

10Mənbələr