Bakı. Trend:
Ötən il Hindistanın Azərbaycan iqtisadiyyatına cəlb olunmuşbirbaşa xarici investisiyalarının həcmi 43,2 milyon ABŞ dollarıtəşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldəedib.
Məlumata əsasən, 2023-cü ildəki göstərici ilə müqayisədə ötən ilsözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 5milyon ABŞ dolları və ya 10,5% azalıb.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində Hindistandan yatırılan investisiyaların payı 0,6% təşkiledib.
Xatırladaq ki, 2023-cü ildə Hindistandan Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 48,2 milyonABŞ dolları olub.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşaxarici investisiyalar 7 milyard ABŞ dollarından çox olub. Bu isə2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları vəya 5,83% artım deməkdir.
Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə1,8 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici iləmüqayisədə 1,4 milyard ABŞ dolları və ya 43,3% azdır.