AZ

Azərbaycanın İsveç iqtisadiyyatına qoyduğu investisiya AÇIQLANIB

Bakı. Trend:

Azərbaycan ötən il İsveç iqtisadiyyatına 45,5 milyon ABŞ dollarısərmayə qoyub.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldəedib.

Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 28,7milyon ABŞ dolları və ya 2,7 dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində İsveçə həyatakeçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 2,6% təşkiledib.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycandan sözügedən ölkəyəyatırılan investisiyaların həcmi isə 16,8 milyon ABŞ dollarınabərabər olub.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşaxarici investisiyalar 7,046 milyard ABŞ dollarına bərabər olub. Buisə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞdolları və ya 5,83% artım deməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə1,762 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstəriciilə müqayisədə 1,354 milyard ABŞ dolları və ya 43,3% azdır.

Seçilən
184
38
az.trend.az

10Mənbələr