AZ

Yunanıstanın baş naziri Mitsotakis Netanyahu və Hersoqla görüşüb

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis İsrail prezidenti İsaak Hersoq və baş nazir Benyamin Netanyahu ilə görüşüb.

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis regional məsələləri müzakirə etmək üçün dünən İsrailə gedib.

Operativ Media bu barədə CNN informasiya agentliyinə istinadən xəbər verir.

Mitsotakis prezident İsaak Hersoq və baş nazir Benyamin Netanyahu ilə görüşüb.

Bildirilib ki, danışıqlarda iki ölkə arasında strateji əlaqələrin gücləndirilməsi yolları, müdafiə sahəsində əməkdaşlıq və enerji koordinasiyası müzakirə olunub.

İsrail prezidenti Hersoq sosial media hesabında etdiyi paylaşımda Yunanıstan və İsrailin Aralıq dənizində tərəfdaş ölkələr olduğunu bildirib. Herzoq Qəzzada israilli məhbusların azad edilməsi üçün Yunanıstanın İsraillə həmrəylik nümayiş etdirdiyini bildirib və bu dəstəyə görə təşəkkür edib.

Qeyd olunub ki, Mitsotakis və Netanyahu arasında keçirilən görüşdə Şərqi Aralıq dənizi və Suriyadakı hadisələr müzakirə edilib.

Seçilən
224
50
operativmedia.az

10Mənbələr