AZ

Bakıda silah-sursat aşkarlandı

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
 
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Binəqədi rayonu ərazisindən 1 tapança, 1 patron darağı və 4 ədəd patron tapılaraq götürülüb.
Araşdırmalar aparılır.
 
Seçilən
128
25
moderator.az

10Mənbələr