Moskva və Vaşinqton Ukrayna nizamlanması ilə bağlı bəzi ideyaların reallaşdırılması üzərində iş aparır.
Viral.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ tərəfi ilə Ukrayna nizamlanması üzrə müzakirələrin gedişini şərh edərkən deyib.
O jurnalistlərə bildirib: ”Biz Ukrayna nizamlanması ilə bağlı bəzi ideyaların reallaşdırılması üzərində iş aparırıq. Bu iş davam edir. Hələ ki, sizlərə məlumat verəcəyimiz və bunu etməli olduğumuz konkret nəticə yoxdur. Hər halda, bu zaman alacaq və substansiya çətinlikləri ilə bağlı olan bir prosesdir”.
Son Yazılar:
- Hələ konkret nəticə yoxdur – PESKOV
- Azərbaycan Türkiyədən meyvə və tərəvəz məhsullarının idxalına çəkdiyi xərci 25 %-dən çox azaltdı
- Ermənistan Azərbaycanla sülhə nail olmağı hədəfləyir
D.Peskov vurğulayıb ki, ABŞ tərəfi ilə danışıqlar davam edir: “İlk növbədə, əvvəlki administrasiyanın dövründə böyük zərər görmüş ikitərəfli münasibətlərin qaydaya salınması məsələsində”.