1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakıda mağazanın tualetində meyit tapılıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yerləşən mağazanın sanitar qovşağında qeydə alınıb.
Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Nurməmməd Məmməd oğlu Quliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti mağazanın sanitar qovşağında aşkar edilib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.