AZ

Qapıçıya mükafat olaraq 4 qutu yumurta verildi

Norveç Liqasında keçirilən “Brune” – “Bodo Qlimt” matçından sonra maraqlı anlar yaşanıb.

 

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, “Brune”nin qapıçısı Jan de Bur komandasının 1:0 hesabı ilə uduzmasına baxmayaraq, performansına görə matçın ən yaxşı oyunçusu seçilib.

 

Yeni klubunda debüt matçına çıxan qapıçı üç seyv edib və oyunun 55-ci dəqiqəsində penalti zərbəsini çıxarıb.

 

Qolkiperə mükafat olaraq 4 qutu yumurta təqdim olunub.

Seçilən
76
50
sfera.az

10Mənbələr