AZ

Kiyev ABŞ ilə müqavilə imzalamağa hazırlaşır

Ukrayna mineral ehtiyatlar üzrə ABŞ-la saziş imzalamağa hazırlaşır, lakin sazişin mətninin hər iki tərəfin maraqlarına uyğun olaraq yenidən işlənməsini istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sıbiqa açıqlama yayıb.

"Mən təsdiq edirəm ki, biz Amerika tərəfi ilə sazişin mətni üzrə məsləhətləşmələrə başlamışıq. Məsləhətləşmələrin bir raundu artıq baş tutub. Ukrayna tərəfi həm ABŞ, həm də Ukraynanın milli maraqlarına cavab verəcək sənəd qəbul etməkdə qərarlıdır. Biz inanırıq ki, iri Amerika müəssisələrinin mövcudluğunu nəzərdə tutan sazişin mətni həm də Ukraynanın təhlükəsizlik strukturuna töhfədir”, - deyə o, “Public News” nəşrində dərc olunan press-relizdə bildirib.

Seçilən
61
19
operativmm.az

10Mənbələr