AZ

Vaşinqton üçün ekzistensial TƏHLÜKƏ

"İran bir neçə ildən sonra ABŞ üçün ekzistensial təhlükə yarada bilər".

Publika.az xəbər verir ki, ABŞ-ın Birləşmiş Qərargah Rəislərinin namizədi Den Kaine belə hesab edir.

Namizədliyinə baxılması üçün Konqresdə keçirilən dinləmələrdə o, ABŞ prezidenti Donald Trampın Vaşinqtonun Tehranın nüvə silahı əldə etməsinə imkan verməməsi ilə bağlı fikri ilə razılaşdığını vurğulayıb.

Kaine, Vaşinqtonun Tehranın nüvə sazişindən imtina etməsi halında bunu etməyi qərara alacağı təqdirdə, İrana zərbə endirmək üçün mümkün variantların siyahısını Trampa təqdim etməyi planlaşdırıb-planlşdırmadığını soruşub. O vurğulayıb ki, bu, Baş Qərargah Rəislərinin vəzifələrinin tərkib hissəsidir.

Bundan əvvəl İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani təşkilatın Təhlükəsizlik Şurasına məktub göndərərək, Trampın Tehrana qarşı təhdidlərini pisləməyi tələb edib.

Seçilən
224
2
publika.az

10Mənbələr