İngiltərə təmsilçisi "Tottenhem" 18 yaşlı futbolçu Kallum Olusesi ilə yeni müqavilə imzalayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yeni anlaşmanın müddəti 2029-cu ilə qədər nəzərdə tutulub. Yarımmüdafiəçi "Tottenhem" akademiyasının yetirməsidir.
Qeyd edək ki, K.Olusesi 2025-ci ilin yanvarında əsas komandada debüt edib.
"Cebheinfo.az"