Aprel 2-də Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk görüşləri baş tutacaq.
“Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “Qarabağ”ı, “Neftçi” öz meydanında “Sabah”ı qəbul edəcək.
Dörd komandanın heyətində yalnız bir futbolçu cəza səbəbindən meydana çıxmaqdan məhrumdur.
Bu, “Kəpəz”lə cavab matçında qırmızı vərəqə alaraq 2 oyunluq cəzalanan Bassala Sambudur. Bakılıların hücumçusu “Sabah”la hər iki oyunu kənardan izləyəcək.
Digər komandalarda cəzalı futbolçuların olmaması baş məşqçiləri sevindirir.
“Araz-Naxçıvan” – “Qarabağ” görüşü saat 17:00-da, “Neftçi” – “Sabah” dueli saat 19:30-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ