AZ

Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub

Bu gün Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub.

Aprelin 2-si saat 13:55-dən 14:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Seçilən
141
49
operativmedia.az

10Mənbələr