AZ

Ən kiçik sərbəst uçan robot yaradılıb - onun içində elektronika yoxdur

"Alimlər robotun enerji və idarəetmə sistemlərini platformanın xaricinə çıxararaq dünyada ən kiçik sərbəst uçan robot yaradıb..."
 
Robot texnikasının miniatürləşdirməsi texniki tərəqqi ilə məhdudlaşır. Avtonom robotun enerji mənbəyi, idarəetmə elektronikasına və gücverici mühərriklərə ehtiyacı var, bunlar birlikdə onun çəkisini və ölçülərini müəyyənləşdirir.
 
Moderator.az xəbər verir ki, bu barədə "3dnews.ru" nəşri  yazıb.
 
Məlumatda deyilir ki, uçan platformalar üçün bu vəzifə daha çox çətin olur. ABŞ-da alimlər bu problemi həll edib. Onlar robotun enerji və idarəetmə sistemlərini platformanın xaricinə çıxararaq dünyada ən kiçik sərbəst uçan robot yaradıb.
 
Bir gün miniatür robotlar bitkiləri tozlandırmaq üçün böcəkləri əvəz edəcək və ya böyük platformaların çətinliklə çatdığı yerlərdə yoxlama aparacaq. Kaliforniya Universitetinin Berkli (UC Berkeley) alimlərinin "Science Advances" jurnalında yeni nəşr olunan məqalədə bəhs edilən araşdırması bu istiqamətdə atılan ilk addımdır.
 
Uçan robotdan mühərrikləri, enerji mənbələrini və batareyaları, habelə idarəetmə elektronikasını çıxarmaq ideyası diametri 9,4 mm və çəkisi 21 mg olan kiçik bir cihazın yaradılmasına gətirib çıxarıb.
 
Bu, vint və ya giroskopu xatırladan bir çıxıntısı olan kiçik bir propellerdir (fırfıra). Qurğunun üst hissəsinə 0,5 mm qalınlığında və 1 mm diametrində şaybalar formasında olan iki daimi maqnit yerləşdirilib.
 
Xarici elektromaqnit sahəsinin təsiri ilə maqnitlər müəyyən tezliklə və lazım olan istiqamətdə fırlanmağa başlayır. Fırlanma uzaqdan idarə oluna bilən yuxarı qalxma qüvvəsi yaradır. 
 
Xəzələnin (şmel) ölçüsünə uyğun olan bu robot laboratoriya masasının üzərindəki obyektlərə fiziki bağlılığı olmadan havaya qalxa, yerində dayana və hər hansı istiqamətdə hərəkət edə bilər.
 
Robotu uçuşu sabitləşdirmək və məkanda orientasiyasını təmin etmək üçün sensorlarla təchiz etmək onu daha idarəolunan edəcək və praktiki istifadə üçün hazır hala gətirəcək. Bu gün belə, müəyyən bir dəqiqliklə bu mümkündür.
 
İşçi sahənin kənarlarına yerləşdirilmiş güclü elektromaqnitlər bu cür robotları müəyyən bir hündürlükdə və istiqamətdə hərəkət etməyə məcbur edə bilər.
 
Lakin alimlər hələ robot böcəklərinin praktiki dəyəri olan real tətbiqini yaratmaq yolunda yalnız başlanğıc nöqtəsindədirlər. Bu yol hələ keçilməlidir və asan olmayacaq.
Seçilən
300
50
moderator.az

10Mənbələr