AZ

Kürdəmirdə avtomobil kanala aşdı: 2 nəfər... – FOTO

Gecə saatlarında Ağsu-Kürdəmir yolunun rayonun Atakişili kəndi ərazisindən keçən hissəsində qəza olub. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, belə ki, “Hyundai” markalı avtomobilin sürücüsü Ağsu rayonu istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. 

Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı su kanalına düşüb. 

Qəza zamanı avtomobildə olan rayon sakinləri 25 yaşlı Hacıyev Mustafa Yolçu oğlu və 25 yaşlı Məhərrəmov Ramin Məmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar və avtomobildə sıxılmış vəziyyətdə qalıblar. 

Dərhal hadisə yerinə FHN-in qəza xilasetmə dəstəsinin əməkdaşları cəlb olunub və sıxılmış vəziyətdə qalan yaralıları oradan çıxarıblar. 

Onlar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər. 

Hazırda faktla bağlı araşdırma aparılır. 

Bizim.Media, Aran bürosu 

Seçilən
278
11
bizim.media

10Mənbələr