AZ

"Qalatasaray" derbidə "Fənərbağça"nı məğlub etdi, yarımfinala qaldı - VİDEO

"Qalatasaray" Türkiyə Kubokunun 1/4 final mərhələsində "Fənərbağça"ya qalib gəlib.

Sportinfo.az xəbər verir ki, "Ülker" stadiyonunda keçirilən matçda 2:1 hesablı qələbə qazanan "sarı-qırmızılar" yarımfinala adlayıblar.

Qonaqların heyətində Viktor Osimhen dubl (10, 27) müəllifi olub. Meydan sahiblərinin yeganə qolunu isə Sebastyan Şimanskiy (45+2) vurub.

"Qalatasaray" finala gedən yolda "Konyaspor"la üz-üzə gələcək.

"Fənərbaxça" - "Qalatasaray" 1:2
Qollar: S. Şimanski, 45+1, V. Osimhen, 10, 27

Seçilən
26
49
sportinfo.az

10Mənbələr