Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF) Çempionlar Kubokunun 1/4 final mərhələsi start götürüb.
Msport.az xəbər verir ki, “İnter Mayami” ABŞ-ın digər təmsilçisi “Los Anceles”in qonağı olub.
Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Albanın 90 dəqiqəni əvəz edilmədən keçirdiyi görüşdə meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.
Komandalar arasında cavab matçı aprelin 10-da keçiriləcək.