
"Dünyada təhlükəli xəstəliyin yeni pandemiyası başlaya bilər".

E-saglam.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qabreyesus xəbərdarlıq edərək, ölkələri pandemiyanın qarşısını almaq üçün razılaşma üzərində işi gücləndirməyə çağırıb.
Ümumdünya Səhiyyə Təşkilatına üzv ölkələrin səfirləri qarşısında çıxış edərkən Qabreyesus qeyd edib ki, münaqişə, geosiyasi və iqtisadi təlatümlər fonunda COVID-19 pandemiyası indi uzaq bir yaddaş kimi görünür. Ancaq növbəti pandemiyaya hazırlıq görülməlidir
"Bu, 20 il və ya daha çox müddətdə baş verə bilər, ya da sabah ola bilər. Biz hazır olmalıyıq. Ona görə də ÜST-nin pandemiya razılaşmasını finiş xəttinə çatdırmaq üçün dünyanın sizin iştirakınıza və rəhbərliyinizə ehtiyacı var”, - deyə baş direktor bildirib.
Tərcümə: Yeganə