AZ

İranın Ermənistandakı səfiri: Azərbaycanla yaxşı münasibətlərimiz var

Biz Azərbaycanla mövcud əlaqələrimizdən istifadə edərək regionda sülhün bərqərar olması üçün hər şeyi edirik. 

News365.az xəbər verir ki, bunu aprelin 3-də İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani jurnalistlərə bildirib. 

O qeyd edib ki, İran regionda militarizasiyaya qarşıdır. Səfir əlavə edib ki, Tehran hadisələri diqqətlə izləyir. 

“Bizim Azərbaycanla yaxşı münasibətlərimiz var, Azərbaycan bizim qonşumuzdur”, - deyə o əmin edib.

Seçilən
101
5
news365.az

10Mənbələr