AZ

"İnter Mayami" Çempionlar Kubokunun dörddəbir final mərhələsinin ilk oyununda məğlub olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Argentinalı ulduz futbolçu Lionel Messinin çıxış etdiyi "İnter Mayami" klubu Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF) Çempionlar Kubokunun 1/4 final mərhələsinin ilk oyununda məğlub olub.
Oxu.Az komanda səfərdə ABŞ-nin digər təmsilçisi "Los-Anceles"ə uduzub.
Qarşılaşma meydan sahiblərinin minimalhesablı qalibiyyəti ilə bitib, yeganə qolu isə 57-ci dəqiqədə Neytan Ordas vurub.
"İnter Mayami"nin aparıcı oyunçuları Lionel Messi, Luis Suares və Xordi Alba matça start heyətdə başlayıblar və sonadək meydanda olublar.
Qeyd edək ki, tərəflər arasında cavab qarşılaşması aprelin 9-dan 10-na keçən gecə keçiriləcək.
Seçilən
181
18
oxu.az

10Mənbələr