1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyə Kubokunun dörddəbir final mərhələsinin "Fənərbağça" - "Qalatasaray" derbisindən sonra 43 azarkeş polis tərəfindən saxlanılıb.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, buna səbəb azarkeşlərin qarşılaşma zamanı tez alışabilən maddələrdən istifadə etməsi olub.
Bundan əlavə, bəzi azarkeşlər qadağan olunmuş əraziyə daxil olduqları üçün saxlanılıblar.
Qeyd edək ki, "Fənərbağça" - "Qalatasaray" oyununu ümumilikdə 52 min 152 azarkeş stadiondan izləyib.