AZ

İyunda qeyri-iş günlərinin sayı 13 gün təşkil edəcək » AzadMedia.az


İyunun 6 və 7-si Qurban bayramı, 15-i Milli Qurtuluş Günü, 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.

İyunun 7-si şənbə gününə təsadüf etdiyi üçün beşgünlük iş həftəsində 9 iyunda da iş olmayacaq. Beləliklə, Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl - 6, 7, 8, 9 iyun tarixləri istirahət günləridir.

İyunun 15-i də bazar gününə təsadüf etdiyindən 16 iyun da qeyri-iş günüdür.

Beləliklə, şənbə və bazar günləri də daxil olmaqla, iyunda qeyri-iş günlərinin sayı 13 gün təşkil edəcək.
Seçilən
217
37
azadmedia.az

10Mənbələr