AZ

Azərbaycan və Moldova arasında yaşıl enerji üzrə tərəfdaşlığın genişləndirilməsi müzakirə edilib

Bakı. Trend:

3 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov Monteneqro Xarici İşlər Nazirliyinindövlət katibi Perişa Kastratoviç ilə görüşüb.

XİN-dən Trend-əverilən məlumata görə, görüş zamanı Azərbaycan-Monteneqroəməkdaşlığının hazırkı durumu və perspektivləri, ikitərəfli vəçoxtərəfli səviyyələrdə münasibətlərin inkişaf etdirilməsiimkanları, habelə regional və beynəlxalq vəziyyət müzakirəolunub.

İki ölkə arasında əməkdaşlığın inkişafı və bu istiqamətdə mövcudpotensialdan istifadə imkanlarının müzakirəsi baxımından qarşılıqlısəfər və təmasların, o cümlədən siyasi məsləhətləşmələrmexanizmindən istifadənin vacibliyi, parlamentlərarası əlaqələrqeyd olunub.

Azərbaycan-Monteneqro arasında xüsusilə iqtisadiyyat, ticarət,enerji təhlükəsizliyi, turizm və humanitar istiqamətlər üzrəəməkdaşlığın daha da inkişafı üçün münbit şəraitin olduğu diqqətəçatdırılıb. Bu xüsusda, yaşıl enerji üzrə tərəfdaşlığıngenişləndirilməsinin əhəmiyyətinə toxunulub.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişədövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azadolunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuqişləri, demək olar ki, gündəlik əsasda vətəndaşlarımızın həyat vəsağlamlıqlarına hədə törədən mina təhdidi ilə mübarizə səyləribarədə məlumatlandırıb.

Müqabil tərəf, eyni zamanda Azərbaycan-Ermənistan normallaşma vəsülh prosesinin hazırkı vəziyyəti barədə məlumatlandırılıb.Ölkəmizin təşəbbüsü ilə başlayan ikitərəfli danışıqlar nəticəsindəsülh müqaviləsinin mətninin razılaşdırıldığı, lakin müqaviləninimzalanması üçün əsas əngəllərin, xüsusilə də Ermənistankonstitusiyasında ölkəmizin ərazi bütövlüyünə qarşı iddialarınqalmaqda olduğu vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Eyni gündə, Azərbaycan Respublikası və Monteneqro Xarici İşlərNazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasiməsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini ElnurMəmmədov, Monteneqro tərəfindən isə dövlət katibi PerişaKastratoviç rəhbərlik edib.

Məqalədə:
Seçilən
70
19
az.trend.az

10Mənbələr