Rəsmi Pekin ABŞ-ın qarşılıqlı gömrük tariflər çərçivəsində razılaşmaları pozaraq, birtərəfli qaydada bir çox Çin məhsullarına 34 faiz əlavə vergi tətbiqi haqda etiraz bəyanatı yayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Çinin Ticarət Nazirliyinin bəyanatına əsasən, bu qərara qarşı hüquq və maraqları qorumaq üçün qətiyyətli əks tədbirlər görüləcək: “Bu, tipik birtərəfli zorakılıq təcrübəsidir. Bu, təkcə ABŞ-ın öz maraqlarına deyil, həm də qlobal iqtisadi inkişafa və tədarükə təhlükə yaradacaq. Tarix sübut edir ki, tariflərin artırılması ABŞ-ın problemlərini həll etməyəcək. Ticarət müharibəsində qalib yoxdur, proteksionizm çıxış yolu deyil".
Samir Musayev
MİA.AZ