Ukraynanın paytaxtı Kiyevdə ardıcıl partlayışlar baş verib.
Axar.az yerli mediaya istinadən xəbər verir ki, Desnyanski və Dneprovski rayonlarında qeydə alınıb.
Belə ki, partlayışlardan biri "Yunost" bazarında köşkdə baş verib. Hadisə nəticəsində iki nəfər həlak olub. Hadisənin səbəbləri araşdırılır.
Dneprovskidə qaraj yaxınlığındakı partlayışda isə bir nəfər xəsarət alıb.
Hazırda hadisə yerində xilasedicilər və həkim briqadası cəlb edilib.
Kiyev hərbi administrasiyası isə sakinləri fövqəladə hallarla bağlı xəbərdarlıqlara məsuliyyətlə yanaşmağa çağırıb.