“Neftçi”nin futbolçusu Ryonosuke Ohori “Araz Naxçıvan”la oyunda zədələnib.
Bizim.Media xəbər verir ki, oyunçunun zədəsi ciddidir. Onun daban oynağı bağlarında gərilmə var.
Futbolçu bir neçə həftə müalicə olunacaq.
Ohori Misli Premyer Liqasının 29-cu turu çərçivəsində keçiriləcək “Şamaxı” görüşündə çıxış edə bilməyəcək.
Xatırladaq ki, “Neftçi” ayın 7-də səfərdə “Şamaxı” ilə üz-üzə gələcək.
Rəşad Rafiqoğlu, Bizim.Media