AZ

“Neftçi”ni dilxor etdilər

Futzal üzrə Azərbaycan Yüksək Liqasının 14-cü turunun iki matçı keçirilib.

Sportinfo.az xəbər verir ki, “Araz-Naxçıvan” “Neftçi” İK-i (5:4), “Baku Fire” isə “Yasamal Bakı”nı (11:3) məğlub edib.

Hər iki görüş “Olimpik Star”da baş tutub. Bu nəticədən sonra “Baku Fire” 35 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. 34 xala malik “Araz-Naxçıvan” ikincidir.

14-cü turun “Şuşa” – U-19 oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.

Seçilən
307
49
sportinfo.az

10Mənbələr