Xəbər verdiyimiz kimi, 26 yaşlı Əfsanə Rzayeva kəsici-deşici alətlə məktəbə gələrək övladını döyməyə cəhd edib və onu sakitləşdirmək istəyən müəllimə xəsarət yetirib.
Bizim.Media “Xəzər TV”yə istinadən xəbər verir ki, Ə. Rzayevanın qayınanası açıqlamasında bildirib ki, gəlininin səhhətində problemlər olub:
“Üç övladı var. 5 dəfə narkoz alıb. Başı travma alıb. Bir kurs müalicə etdik, bir az düzəlmişdi. Yoldaşı ilə mən işdə olmuşuq. Xəbər gəldi ki, başı pozulub. Anası ilə birgə Gəncə Xəstəxanasına apardıq. Müalicə olunacaq”.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Daha ətraflı videosüjetdə:
Bizim.Media