AZ

Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclası plenar sessiyalarla davam edib (FOTO)

Bakı. Trend:

Aprelin 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasınazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin3-cü iclası “Nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası:Cənub Qaz Dəhlizinin uğurlu istismarı və inkişafında tərəqqi vənövbəti addımlar” və “Yaşıl enerji layihələri və yaşıl enerjidəhlizləri” üzrə 3 plenar sessiya ilə davam edib.

Trend xəbərverir ki, nazirlər sessiyasında çıxış edən Azərbaycanın energetikanaziri Pərviz Şahbazov bildirib ki, təbii qaz uzun müddət enerjibalansının mərkəzi komponenti olaraq dayanıqlı enerjitəhlükəsizliyi üçün davamlı investisiyaları zəruri edəcək və bu günqazla bağlı məhdudiyyətlərin aradan qaldırılması sabah Avropanınenerji müstəqilliyi üçün həyati əhəmiyyət daşıyır.

Nazir deyib ki, Azərbaycan, Avropa İttifaqı (Aİ), enerjişirkətləri, regional maraqlı tərəflər və maliyyə institutlarıarasında koordinasiyalı və güclü əməkdaşlıqla Cənubi Qaz Dəhlizininuğurunu yeni bir mərhələyə yüksəltmək mümkündür. Bildirilib ki,enerji təhükəsizliyi üçün diversifikasiyanın alternativi yoxdur vəbu gün 12 ölkəni təchiz edən Azərbaycan qazı və Cənub QazDəhlizinin strateji əhəmiyyəti məhz belə bir siyasətəəsaslanır:

“Təbii qazla bağlı mövcud məhdudiyyətlərə baxmayaraq, Azərbaycanbu illər ərzində etibarlı enerji təchizatçısı roluna müvafiqtədarük həcmlərinin artırılması və təchizat coğrafiyasınıngenişləndirilməsi sahəsində mühüm irəliləyişlər əldə etdi. 2021-ciildə Avropaya 8,2 milyard kubmetr qaz tədarük olunarkən, ötən il bugöstərici 12,9 milyard kubmetrə çatdı ki, bu da 57%-dən çox artımdeməkdir. Ötən il Azərbaycandan qaz axınının təxminən 10%-iGürcüstana, 39%-i Türkiyəyə yönəldiyi halda 51%-i Avropanın payınadüşüb. Hazırda CQD üzvü olmayan Avropa ölkələri tərəfindənAzərbaycandan tələb olunan qaz həcmi 14 milyard kubmetrdir.Azərbaycan və Avropa alıcıları arasında uzunmüddətli qazmüqavilələri, Aİ-nin təminatları və maliyyə dəstəyi, Cənubi QazDəhlizinin uğurla genişləndirilməsinin əsas amilləridir və bu,nəticə etibarilə Avropanın daha dayanıqlı enerji təhlükəsizliyinitəmin edəcək. Nəql imkanlarının genişləndirilməsi 2030-cu ilinsonuna qədər 2700 MVt gücündə yaşıl enerji stansiyalarının şəbəkəyəqoşulması nəticəsində qənaət olunacaq 1,5 milyard kubmetr təbiiqazın ixracı üçün də mühüm əhəmiyyət kəsb edir”.

Nazir Azərbaycanın Xəzər dənizindəki külək elektrikstansiyalarından və Mərkəzi Asiyadan Avropaya böyük həcmdə “yaşılenerji” tədarükünə yönəlmiş meqa təşəbbüslərin icrasından da bəhsedib. “Bildirilib ki, “Xəzər-Qara dəniz-Avropa” dəhlizinintexniki-iqtisadi əsaslandırması 2025-ci ilin ortalarına qədərtamamlanacaq və birinci mərhələdə 4 QVt gücündə elektrik enerjisiixrac ediləcək. “Mərkəzi Asiya-Azərbaycan” dəhlizinintexniki-iqtisadi əsaslandırmasını Asiya İnkişaf Bankı və Asiyaİnfrastruktur İnvestisiya Bankı maliyyəşdirəcək və tədqiqat işləribu ilin ikinci rübündə başlayacaq. “Azərbaycan-Türkiyə Yaşıl EnerjiDəhlizi”nin texniki-iqtisadi əsaslandırması iki potensial ixracmarşrutunu araşdırıb və bu gün Azərbaycan, Gürcüstan, Türkiyə vəBolqarıstan arasında yaşıl elektrik enerjisi sahəsində əməkdaşlıqhaqqında Anlaşma Memorandumunun imzalanması ilə daha bir dəhlizüzrə işə başlanacaq.

Türkiyənin energetika və təbii ehtiyatlar naziri AlparslanBayraktar çıxışında bunları qeyd edib: “Cənub Qaz Dəhliziregionumuzun enerji təhlükəsizliyində uzunmüddətli və strateji roloynayır. Bu layihə ölkələrimiz arasında etibarlı tərəfdaşlıq vəqarşılıqlı inamın təcəssümüdür. Türkiyə olaraq biz bu əməkdaşlığındaha da genişləndirilməsində və enerji təchizatınındiversifikasiyasında maraqlıyıq. Bundan əlavə, Azərbaycan,Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yaşıl enerji dəhlizininyaradılması istiqamətində mühüm addımlar atırıq”.

ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun başməsləhətçisi Erik Ceykobs çıxışında deyib: “Birləşmiş ŞtatlarAzərbaycanla münasibətlərinə böyük əhəmiyyət verir. Cənub QazDəhlizi ortaq maraqlara əsaslanan uğurlu ikitərəflitərəfdaşlığımızın təməlini təşkil edir. Bu gün, ixtiraçılıq vəambisiyanın nümunəsi olan Cənub Qaz Dəhlizi layihəsinin qeydolunmasında iştirak etmək bizim üçün böyük qürur mənbəyidir.Prezident Tramp ABŞ-ın enerji bolluğunu Amerikanın rifahının təməlikimi qəbul edib. Birləşmiş Ştatlar öz müttəfiqləri və tərəfdaşlarıilə birlikdə hər bir ölkənin öz resurslarından istifadə edərəkinkişafa nail olmaq hüququnu təmin etmək üçün əməkdaşlıq etməyəhazırdır”.

Bolqarıstanın energetika naziri Jeço Stankov çıxışında qeydedib: “Bolqarıstan qaz infrastrukturunun inkişafı istiqamətindəardıcıl siyasət yürüdür. Bu siyasət milli və Avropa hədəfləriçərçivəsində qarşılıqlı əlaqələndirilmiş və vahid ümumavropa qazbazarının formalaşdırılması, etibarlı və şaxələndirilmiş təchizatıntəmin olunması məqsədlərinə xidmət edir. Biz Cənub Qaz Dəhliziçərçivəsində tərəfdaşlıq münasibətlərinin daha da inkişafetdirilməsinə sadiqliyimizi təsdiq edirik”.

Rumıniyanın energetika naziri Sebastian-İoan Burduja bildirib:“Rumıniya Avropanın enerji təhlükəsizliyi baxımından stratejiəhəmiyyət daşıyan Cənub Qaz Dəhlizinin genişləndirilməsi mövqeyinəsadiqdir. Dəhlizin Cənub-Şərqi Avropa və Balkanlar istiqamətindəgenişləndirilməsi region üçün etibarlı, proqnozlaşdırıla bilən vərəqabətədavamlı enerji təchizatını təmin etmək baxımından mühümaddımdır. Bakıda keçirilən nazirlər görüşü ortaq məqsədi paylaşantərəfdaşlar arasında dialoq, əməkdaşlıq və koordinasiyalı fəaliyyətüçün mühüm platformadır”.

Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumerisə bunları bildirib: “Cənub Qaz Dəhlizi Xəzər regionu ilə Avropabazarları arasında sabit və strateji bağlantını təmin edən həyatiəhəmiyyətli enerji marşrutudur. Yeni reallıqda etibarlı tərəfdaşlarəsas rol oynayır və Azərbaycan məhz belə bir tərəfdaş olduğunusübut edib. Sloveniya bu tərəfdaşlığa sadiqliyini qoruyur və AvropaKomissiyasının bu əməkdaşlığın gücləndirilməsi istiqamətindəkisəylərini yüksək qiymətləndirir.”

Moldovanın energetika naziri Dorin Jungiyetu ölkəsinin Cənub QazDəhlizi layihəsinin inkişafına dəstəyini ifadə edib.

Bosniya və Herseqovinanın xarici ticarət və iqtisadi əlaqələrnaziri Staşa Koşaraç isə çıxışında bunları deyib: “Bosniya vəHerseqovinada bütün idarəetmə səviyyələri üçün SerbskaRespublikasının və Herseqovina Federasiyasının qazlaşdırılması əsasməsələlərdən biridir. Əsas prioritetimiz elan edilmişdekarbonizasiya proseslərini tətbiq etməklə enerji sabitliyi vətəhlükəsizliyini təmin etməkdir. Ölkədə təbii qaz üzrə daha çoxinterkonnektorların yaradılması və bu enerji mənbəyinin vətəndaşlarvə biznes subyektləri üçün əlçatan edilməsinə sadiqliyimizi birdaha bəyan edirik”.

İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirininmüavini Vannia Qava isə deyib ki, İtaliya Cənub Qaz Dəhlizininenerji keçidinin asanlaşdırılmasında və tədarükün təhlükəsizliyinintəmin edilməsində əsas rolunu tanıyır. TAP Avropanı Xəzər və ŞimaliAfrika ilə birləşdirərək İtaliyanın strateji enerji mərkəzi kimirolunu gücləndirməyə kömək edəcək və biz boru kəmərinin gücününartırılması prosesinə artıq başlamışıq.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müaviniVaxtanq Tsintsadze bu fikirləri səsləndirib: “Gürcüstanın enerjistrategiyası qlobal dayanıqlı inkişaf məqsədlərinə uyğun olmaqlaenerji təhlükəsizliyini təmini prosesində karbon emissiyalarınınazaldılmasına sadiqliyimizi vurğulayır. Gürcüstanın zəngin su,külək və günəş enerjisi resurslarının optimal inkişafınıdəstəkləyərək bərpa olunan enerji sektorunu inkişaf etdirməsi sondərəcə vacibdir. Bu səbəbdən biz yaşıl enerji infrastrukturunainvestisiya qoyuluşunu fəal şəkildə dəstəkləyirik. Cənub QazDəhlizi ilə yanaşı, Qara Dəniz sualtı enerji kabeli layihəsi dəortaq məqsədlərə nail olmaq üçün həyata keçirdiyimiz birgəfəaliyyətlərə çox yaxşı nümunədir.”

Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibiBoqlarka İlles qeyd edib ki, Cənub Qaz Dəhlizi Cənub-Şərqi Avropadatəbii qaz tədarükü mənbələri və marşrutlarının şaxələndirilməsindəstrateji əhəmiyyətə malikdir və Avropa ilə Azərbaycan arasındastrateji tərəfdaşlığın bariz sübutudur.

Yunanıstanın Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadiƏlaqələr üzrə Baş Katibi Dimitris Skalkos bildirib: “Cənub QazDəhlizi ardıcıl olaraq dördüncü ildir ki, uğurlu əməliyyatlarhəyata keçirir. TAP boru kəmərinin inşası ilə Yunanıstan Cənub QazDəhlizi layihəsinin reallaşdırılmasında mühüm rol oynamağabaşlayıb. Bundan başqa, Yunanıstan-Bolqarıstan qazinterkonnektorunun inşası və 3 milyard kubmetrdən 5 milyardkubmetrə artırılması ehtimalı, "Alexandroupolis" üzən anbar vəqazlaşdırma qurğusunun istismara başlaması, o cümlədən 2026-cı ilinmart ayında baş tutması gözlənilən qaz interkonnektorunun ŞimaliMakedoniya ilə tamamlanması nəticəsində Avropa enerji sisteminindavamlılığını daha da gücləndiririk.”

Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin köməkçisiNasser Əl-Qahtani çıxışında deyib: “Səudiyyə Ərəbistanı KrallığıMərkəzi Asiya ölkələrini və Azərbaycanı təkcə dost kimi deyil, həmdə davamlı enerji gələcəyinin formalaşmasında strateji tərəfdaşkimi görür. Sıx əməkdaşlıq sayəsində biz birgə təsirimizigücləndirə, təmiz enerji texnologiyalarının tətbiqini sürətləndirəvə bununla da həm xalqlarımızın, həm də gələcək nəsillərin rifahınatöhfə verə bilərik. Bu ortaq vizyonun əsas sütunlarından biri YaşılDəhliz Təşəbbüsüdür. Bu təşəbbüs Mərkəzi Asiyanı Avropa iləbirləşdirən daha dayanıqlı və qarşılıqlı əlaqəli enerji sistemininqurulmasına dəstək verir.”

Qazaxıstanın energetika nazirinin müavini Sunqat Yessimxanov isəbildirib: “Qazaxıstanın enerji sahəsində dövlət siyasəti innovasiyavə davamlı inkişafın dəstəklənməsinə yönəlib. Biz yaşıl enerjiyəinvestisiyalar və qaz infrastrukturunun modernləşdirilməsi üçünşərait yaradırıq ki, bu da emissiyaları azaldacaq və enerjisəmərəliliyini artıracaq.”

Özbəkistanın energetika nazirinin müavini Ümid Məmədəminovçıxışında bunları deyib: “Günəş və külək enerjisi kimi bərpa olunanresurslarla zəngin Azərbaycan, Qazaxıstan və Özbəkistan yaşılenerji keçidində lider olmaq potensialına malikdir. Ölkələrimizarasında “Yaşıl Enerji Dəhlizi” təşəbbüsü bu potensialdan maksimumfaydalanmaq üçün birgə səylərimizin təzahürüdür və enerjisistemlərimizi birləşdirərək dayanıqlı və güclü enerji şəbəkəsininyaradılmasını hədəfləyir.”

Serbiyanın Mədən və Energetika Nazirliyində neft və qaz üzrənazir müavininin vəzifəsini icra edən Saşa Kokoviç bildirib: “Uzunmüddət Avropaya qaz təchizatının şaxələndirilməsi üzrə həllin birhissəsi kimi tanınan Azərbaycan qazı Serbiya-Bolqarıstan qazinterkonnektorunun tikintisi sayəsində həm Serbiyanın, həm dəbütövlükdə regionun enerji təhlükəsizliyinin yüksəldilməsi üzrəhəllin bir hissəsinə çevrilib. Qarşıdakı dövrdə Serbiyada qazəsaslı istilik elektrik stansiyasının tikintisi üzrə layihəninhəyata keçirilməsi ilə Azərbaycanla strateji tərəfdaşlığımızınındərinləşəcəyini gözləyirik. Bu da Cənub Qaz Dəhlizi iləinfrastruktur əlaqəsinə əsaslanır. Serbiya enerji təhlükəsizliyinivə fasiləsiz tədarükü artıracaq müxtəlif təşəbbüs və layihələrçərçivəsində bölgəmizdəki ölkələrlə, eləcə də Mərkəzi Asiyadan olantərəfdaşlarla əməkdaşlığa açıqdır.”

Xorvatiyanın İqtisadiyyat Nazirliyinin dövlət katibi VedranŞpehar isə bildirib: “Xorvatiya 2050-ci ilə qədər Avropanın iqlimsiyasətinə uyğun olaraq təmiz və əlverişli enerji və “yaşıl”iqtisadiyyata keçid hədəfinə sadiqdir. REPowerEU proqramı sayəsindəbiz regional enerji mərkəzinə çevrilir, mayeləşdirilmiş təbii qaz(LNG) terminalımızı 2026-cı ilə qədər 559 milyon avro investisiyailə 6,1 milyard kubmetrə qədər genişləndirir, eləcə də Sloveniya vəMacarıstanda yeni boru kəmərlərinin inşasına sərmayə qoyuruq.SOCAR-ın qaz təchizatı sayəsində 2024-cü ildən Azərbaycanla daha damöhkəmlənən tərəfdaşlığımız Cənub Qaz Dəhlizi və İon-Adriatik borukəməri kimi əsas layihələri dəstəkləyir.”

Şimali Makedoniyanın enerji, dağ-mədən və mineral ehtiyatlarnazirinin müavini Miroslav Labudoviç deyib: “Şimali Makedoniya yenienerji gələcəyinə hazırdır. Yeni qaz interkonnektorlarınıntikintisi və Azərbaycanla tərəfdaşlıq sayəsində biz həm mühümregional oyunçu kimi mövqelərimizi möhkəmləndiririk, həm də Avropaenerji bazarının sabitliyinə və təhlükəsizliyinə birbaşa töhfəveririk."

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld isə bunlarıdeyib: “Birləşmiş Krallıq Azərbaycanın Avropanın enerjitəhlükəsizliyinin təminatında rolunu və mürəkkəb dövrlərdə Avropayaetibarlı enerji təchizatı ilə bağlı töhfəsini yüksəkqiymətləndirir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlər görüşünütəşkil etdiyinə görə Azərbaycana təşəkkürümü bildirmək istəyirəm.Bu görüş enerji təhlükəsizliyi sahəsindəki çağırışların həlli vəiqtisadi inkişaf imkanlarının müzakirəsi üçün mühüm platformaolaraq qalmaqdadır.”

Çexiyanın Sənaye və Ticarət Nazirliyinin Enerji şöbəsinin başdirektorunun müavini Peter Binhak qeyd edib: “Etibarlı enerjitərəfdaşlığı Avropa İttifaqı-Azərbaycan münasibətlərinin təməlinitəşkil edir. Hesab edirik ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasınıniclası qarşılıqlı tərəfdaşlığımızı təsdiqləmək və gücləndirmək üçünmühüm imkan yaradır. Eyni zamanda, biz bu sahədə yaşıl enerjinin vəbeynəlxalq əməkdaşlığın inkişafında böyük potensial görürük.”

“Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurluistismarı və inkişafında tərəqqi və növbəti addımlar” sessiyasındaSOCAR, bp, Azərbaycan Qaz Təchizatı Şirkəti, TANAP, TAP, XRG, DünyaBankı, Asiya İnkişaf Bankı və Avropa İnvestisiya Bankınınnümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.

“Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri” üzrəsessiyada isə BOEMDA, SOCAR, CESI, “Masdar”, bp, “ACWA Power”,“WindEurope”, TotalEnergies, IFC, Dünya Bankı, Avropa Yenidənqurmavə İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnkişaf Bankı vəAsiya İnfrastruktur və İnvestisiya Bankının nümayəndələrinin yaşılenerjiyə keçid, yaşıl enerji dəhlizləri, Xəzər dənizi-Qaradəniz-Avropa, Mərkəzi Asiya-Azərbaycan-Avropa,Azərbaycan-Türkiyə-Avropa vəAzərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan yaşıl enerjiinterkonnektorları ilə bağlı məruzələri dinlənilib.

Cənub
Cənub
Seçilən
160
46
az.trend.az

10Mənbələr