1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən tanınmış sahibkar və innovator İlon Mask daha bir neçə ay Vaşinqton administrasiyası ilə əməkdaşlığı davam etdirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
"İlon müəyyən müddət qalacaq. Düşünürəm ki, bir neçə ay… Nə qədər istəyir, o qədər. Ağıllı insanları sevirəm və mən İlonun mümkün qədər uzun müddət qalmasını istərdim. Amma elə bir məqam gələcək ki, o, getməli və tamamilə işinə qayıtmalı olacaq", - deyə Tramp Maskın DOGE-dəki fəaliyyəti ilə bağlı suala cavab verib.
ABŞ Prezidenti İlon Maskın və onun rəhbərlik etdiyi departamentin hökumətdə fırıldaqçılıq və vəsaitlərdən sui-istifadə hallarının aşkar edilməsində fəaliyyətini yüksək qiymətləndirib.
"O, əla iş gördü", - deyə Tramp vurğulayıb.
Maskın gedişindən sonra DOGE-nin rəhbərliyi dəyişəcək, lakin agentlik əvvəlki kimi fəaliyyətini davam etdirəcək.
Donald Tramp, həmçinin gələcəkdə Maskın başqa vəzifəyə təyin edilməsinin mümkün olduğunu da qeyd edib.
"Mən bunu edərdim. O, əladır. Amma onun idarə etməli olduğu şirkətləri də var", - deyə Ağ Evin rəhbəri bildirib.