AZ

Türkiyənin mebel ixracı 2 milyon dollara çatıb (ÖZƏL)

Bakı, TurkicWorld

2025-ci ilin yanvar-mart aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz azalaraq, 1 milyon 888 min 457 dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin mart ayında Türkiyə 672 min 716 dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 0,4 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 7 milyon 852 min 13 dollar məbləğində mebel ixrac edib.

Seçilən
168
47
turkic.world

10Mənbələr