AZ

"Ustadına əhsən!" - Dəmir üzərində döymə üsulu ilə necə sənət əsəri yaratmaq olar?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bir zamanlar çox insanın maraq dairəsində olan, zaman ötdükcə isə yadlaşan, yalnız sayılı şəxslərin məşğul olduğu peşə sahələrindən biri də dəmir üzərində döymə sənətidir.
Dəmir parçasından istifadə etməklə ondan sənət əsəri yaratmaq böyük məharət tələb edir. Yəni həm iradə, həm də diqqət tələb edir. Bu peşənin incəliklərini ustadından öyrənmək lazımdır.
Necə deyərlər: "Yüz sənəti pis bilməkdənsə, bir sənəti yaxşı bilmək yaxşıdır".
Bu deyimdən ilhamlanaraq yolumuzu rəssam Əzizbala Dadaşovun atelyesinə saldıq.
Dəmir üzərində döymə edən zaman hansı texnikalardan istifadə etməliyik? İş prosesində ən çox hansı səhvlərə yol verilir? - Bu və digər sualları Oxu.Az-ın "Ustadına əhsən!" layihəsinin növbəti qonağı, 40 ildən çoxdur ki, dəmir üzərində döymə edən, rəssam Əzizbala Dadaşov cavablandırıb.
Ətraflı videoda:
Aygün Mirakif
Video: Cavid Mehdiyev
Seçilən
172
50
oxu.az

10Mənbələr