Polşanın “Kron” klubunun portuqaliyalı yarımmüdafiəçisi Pedro Nuno Azərbaycana qayıda bilər.
Bizim.Media xəbər verir ki, ötən mövsüm Bakının “Səbail” klubunda çıxış edən 30 yaşlı yarımmüdafiəçi ilə “Turan-Tovuz” maraqlanır.
Futbolçunun özü də Azərbaycana qayıtmağın əleyhinə deyil.
Qeyd edək ki, Pedro Nunonun “Kron” ilə hazırkı müqaviləsi bu mövsümün sonunda başa çatır.
Rəşad Rafiqoğlu, Bizim.Media