Ukrayna və Rusiya atəşkəs sazişi imzalamağa hazırdır.
XəzərNews.az xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp təyyarədə jurnalistlərə bildirib.
Tramp bildirib ki, bu yaxınlarda Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıb.
“Düşünürəm ki, o (Zelenski) sövdələşməyə hazırdır”, - Amerika prezidenti deyib.
O qeyd edib ki, Ukraynadakı vəziyyətlə bağlı müzakirələrdə ciddi irəliləyiş var:
“Və mən hesab edirəm ki, prezident Vladimir Putin sövdələşməyə hazırdır”.
Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyevin ABŞ-a səfəri ilə bağlı suala Tramp cavab verib ki, o, “konkret şəxsləri müzakirə etmir”.
“Yalnız onu deyim ki, hazırda Ukrayna və Rusiya məsələsi ilə bağlı çox yaxşı danışıqlar gedir”, - o, əlavə edib.
Xəbər 4 dəfə oxunub.