AZ

Bolqarıstanın energetika naziri: "Azərbaycan Avropanı külək və günəş enerjisi ilə təmin edəcək"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bolqarıstan Qara dəniz enerji kabeli layihəsinə qoşulmağa maraq göstərir. Hazırda hökumətlərarası sazişi Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan imzalayıb. Bir ay əvvəl Macarıstanda keçirilən görüşdə bu layihədə iştirak etməkdə maraqlı olduğumuzu və perspektivlər gördüyümüzü dedik".
Bunu Oxu.Az-a açıqlamasında Bolqarıstanın energetika naziri Jeço Stankov Bakıda keçirilən Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının iclası çərçivəsində deyib.
O qeyd edib ki, Azərbaycandan Bolqarıstana qaz tədarükü üçün uzunmüddətli müqavilə bağladıqdan sonra növbəti istiqamət elektrik enerjisi sektoru olacaq:
"Bu o deməkdir ki, biz uzunmüddətli perspektivdə Bolqarıstanı təkcə Azərbaycandan ucuz qazla deyil, həm də bu regiondan Avropanın cənub-şərq hissəsinə ucuz külək və günəş enerjisi ilə təmin edəcəyik".
Məhərrəm Əliyev
Seçilən
211
12
oxu.az

10Mənbələr