AZ

De Bröyne “Mançester Siti”dən gedir

Kevin de Bruynenin “Mançester Siti”dəki taleyinə aydınlıq gəlib.

Bizim.Media xəbər verir ki, bunu belçikalı yarımmüdafiəçinin özü açıqlayıb.

33 yaşlı futbolçu bildirib ki, mövsümün sonunda İngiltərə klubundan azad agent kimi ayrılacaq. 2015-ci ildə “Volfsburq”dan 74 milyon avroya keçən Kevin həmin vaxt klub tarixinin ən bahalı transferi olub.

Qeyd edək ki, de Bruyne 10 ildə 16 titul qazanıb. Bunlardan biri Çempionlar Liqası, altısı Premyer Liqa çempionluğudur.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
146
46
bizim.media

10Mənbələr