Azərbaycanın “Kəpəz” futbol klubunun yeni sponsorları yaxın vaxtlarda fəaliyyətə başlayacaq.
Bizim.Media xəbər verir ki, onların planlarına növbəti mövsüm üçün komandanı xeyli gücləndirməklə yanaşı, klubda yeni idarəetmə strukturunun yaradılması da daxildir.
Böyük ehtimalla klubun idarəetməsində yeni simalar peyda olacaq, köhnələr isə Gəncə klubundan ayrılacaq. Rəhbərlikdən gedəcək şəxslər arasında ən çox Müşahidə Şurasının sədri İlqar Nadirinin adı çəkilir. Bütün bu dəyişikliklərin yay fasiləsində olacağı gözlənilir.
Rəşad Rafiqoğlu, Bizim.Media