Basketbol üzrə Azərbaycan çempionatında 20-ci turun oyunları keçirilir.
Bu gün Basketbol üzrə Azərbaycan Liqasında 20-ci turun oyunları davam etdirilib.
Operativ Media xəbər verir ki, 1/8 final oyunlarına start veriləcək müntəzəm mövsümün final mərhələsinin üçüncü oyun günündə iki qarşılaşma keçirilib. “Sərhədçi” kubokun qalibi NTD-ni, “Abşeron” isə “Neftçi”ni qəbul edib. "Sərhədçi" və "Neftçi" qalib gəlib.
Azərbaycan Basketbol Liqası
20-ci tur
4 aprel
19:15 "Sərhədçi" – NTD - 103:77 (29:14, 24:23, 25:19, 25:21)
Bakı, İdman Sarayı.
Antonio Williams 20 xal toplayaraq qalib komandanın ən yaxşı oyunçusu olub.
19:00 "Abşeron" - "Neftçi" - 77:85 (20:22, 20:21, 16:28, 21:14)
Xırdalan, Abşeron OSK.
Qalib komandanın ən yaxşı oyunçusu 15 xal toplayan Kamran Məmmədov olub.