Bu gün qadın voleybolçular arasında Yüksək Liqada XVIII tura start verilib.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə iki matç baş tutub. Hər iki qarşılaşma Bakıda keçirilib.
GİN-in Voleybol Mərkəzində öncə liderlər “Abşeron”la “Milli Aviasiya Akademiyası” üz-üzə gəlib.
Oyun nominal meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ardınca “Azərreyl” autsayder UNEC-i sınağa çəkib.
"Dəmiryolçular" çətinlik çəkmədən hesablarına 3 xal yazıblar.
Qeyd edək ki, tura sabah keçiriləcək “Gəncə” - “Murov Az Terminal” matçı ilə yekun vurulacaq.
Yüksək Liqa (qadınlar)
XVIII tur
4 aprel
16:00. “Abşeron” - “Milli Aviasiya Akademiyası” - 3:0 (25:17, 25:19, 25:17)
GİN-in Voleybol Mərkəzi
18:00. “Azərreyl” - UNEC - 3:0 (25:14, 25:22, 25:19)
GİN-in Voleybol Mərkəzi
1 Abşeron 18 16 2 49-15 46
2 Milli Aviasiya Akademiyası 18 13 5 44-22 39
3 Azərreyl 18 10 8 36-29 32
4 Gəncə 17 8 9 32-31 24
5 Murov Az Terminal 17 6 11 25-37 18
6 UNEC 18 0 18 0-54 0
Rəşad Rafiqoğlu, Bizim.Media