"Ədalətli sülh yalnız işğaldakı bölgələr geri qaytarıldıqda mümkün olacaq. Biz Ukraynanın ərazi bütövlüyünün bərpası üçün hər şeyi edəcəyik".
Bununla yanaşı, Zelenski ölkəsinə veriləcək təhlükəsizlik təminatını da əsas məsələlərdən biri kimi dəyərləndirib.
Bəs burda tam olaraq Zelenskinin məqsədi nədir?
Olaylar.az xəbər verir ki, məsələ ilə bağlı siyasi şərhçi Kənan Novruzov açıqlama verib:
"Rusiya ilə Ukrayna arasında danışıqlar məsələsinin gündəmə gəldiyi bir vaxtda Zelenskinin "qırmızı xətləri" diqqət çəkir. Onun dediklərindən belə qənaətə gəlmək olar ki, rəsmi Kiyev silahsızlaşdırılmaya və hərbsizləşdirilməyə hazır deyil. Əslində Rusiyanın tələblərinə uyğun olaraq belə bir addıma getmək Ukrayna üçün kifayət qədər təhlükəli olar. Birincisi ona görə ki, Rusiya silahsızlaşan və hərbsizləşdirilən Ukraynaya gələcəkdə yenidən hücum edə bilər. İkincisi, Kiyevin Moskvanın diktəsi ilə razılaşması və özünün suveren hüquqlarından imtina etməsi daxildə hakimiyyətə qarşı onsuz da mövcud olan narazılıqları gücləndirə bilər. Bu isə Zelenskiyə sərf etmir. Digər məsələ ərazilərlə bağlıdır. Görünən odur ki, Ukrayna ərazi güzəştinə getmək istəmir. Ukraynanın Rusiyanın Belqorod və Kursk vilayətlərində əməliyyatları da mümkün danışıqları prosesində ərazi mübadiləsinə hesablanıb.
Hərçənd əgər Kiyev yaxın gələcəkdə sülh istəyirsə, ərazi güzəştinə getməlidir. Bunu Zelenski də anlayır. Bu mənada düşünmək olar ki, Ukraynanın ərazi güzəştinə getmək istəməməsi əslində həm də müharibəni uzatmq cəhdləridir. Bu isə məntiqli qərardır. Onsuz da xalq artıq savaşa öyrəşib. Müharibənin daha bir il davam etməsi xalqın hakimiyyətə qarşı mövqeyində ciddi dəyişikliyə səbəb olmayacaq. Amma müharibə yaxın zamanda bitərsə, ən yaxşı halda dondurulacaq və Rusiya tutduğu ərazilərdə qalacaq. Bu, Zelenski iqtidarına sərf etmir. Odur ki, indiki məqamda Avropanın da dəstəyi ilə Kiyev müharibəni davam etdirməyə və döyüşlərin arealını genişləndirməyə çalışa bilər".
Ekspert bildirib ki, təhlükəsizlik zəmanəti məsələsinə gəldikdə isə indiki anda nə Avropa, nə də ABŞ Ukraynaya uzunmüddətli təhlükəsizlik təminatə verməz. Ən yaxşı halda Kiyevin" başının altına yastıq qoyula" bilər. Çünki Vaşinqton da, Brüssel də Kiyevin qurban olduğunu bilir. Onlar belə bir qurban üçün təhlükəsizlik təminatı verməzlər.